Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin hər dəfə vəkiliylə görüşdən öncə və sonra üzərində axtarış aparılması, müdafiəçinin də təcridxanada axtarışa məruz qalmasıyla bağlı qərar çıxarıb.
İyulun 9-da Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Türkiyə hakimiyyəti istifadəçilərin sorğularına cavablarında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlədildiyini əsas gətirərək "Grok" çat-botunu bloklayıb.
ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında potensial sülh sazişi ilə bağlı nikbinlik ifadə edərək bunun Vaşinqtonun dəstəyi ilə tezliklə əldə oluna biləcəyinə ümid etdiyini deyib.
Morsal və onun üç azyaşlı övladı Əfqanıstanın şərqində, qayınatasıgilin evinin həyətindəki yararsız bir tikilidə yaşayırlar.
İctimai fəal Araz Əliyev bildirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən anasını xaricə müalicəyə apara bilmir. O, buna səbəb kimi ölkədən çıxışına məhdudiyyət qoyulmasını göstərir.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) iyulun 8-də Əfqanıstandakı "Taliban" rəhbərliyi ilə bağlı həbs orderləri çıxarıb.
Rusiya İctimai Rəyi Araşdırma Mərkəzi (VTsIOM) Xarici İşlər Nazirliyinin (XİN) sifarişi ilə xaricdə, özəlliklə Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu öyrənmək üçün sosioloji tədqiqat aparacaq.
ABŞ prezidenti Donald Tramp iyulun 8-də hökumət kabinetinin Ağ evdə keçirilən iclasında bəyan edib ki, o, Rusiya prezidenti Vladimir Putindən narazıdır.
Ermənistan parlamentində baş prokurorun vəsatətinin lehinə səs verilib, "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan toxunulmazlıq hüququndan məhrum edilib.
Türkiyənin Samsun şəhər məhkəməsi türkmənistanlı fəallar Alişer Sahatov və Abdulla Orusovun Türkmənistana deportasiyasına qərar verib.
Pakistanın hərbi liderləri bu yaxınlarda Ağ evdə görüşlər keçirəndə onun regiondakı müttəfiqi İran İsrailin raket atəşi altında idi. İsrail İslamabadın regiondakı əsas rəqibi, ABŞ-nin isə müttəfiqidir.
Davamı