- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov da həbs olunub.
Martın 14-də Binəqədi rayon Məhkəməsində Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə yanaşı, daha bir ictimai fəal haqqında həbs qərarı verilib.
"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Bakı sakini Təbriz Quliyev "Yelo Bank"ın metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən filialında zorakılığa məruz qaldığını deyir.
"Formula-1" yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə prokurorun 10 il həbs istəyində kəskin dəyişiklik olub.
Gənc fəal Rauf Heydərovun saxlandığı və inzibati həbs cəzası aldığı bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyev dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunublar.
"Qubad İbadoğlunun nə özünü çağırıb dindirdiniz, nə də istintaqdakı ifadəsini elan etdiniz".
Azərbaycanın ABŞ-dəkı səfirliyində katib, Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimova 10 il həbs cəzası istənilib.
"Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9 faizlik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk iki ayında 1.5 faiz ucuzlaşıb"
Şəmkirin keçmiş icra başçısı və kənd təsərrüfatı nazirinin sabiq birinci müavini Aslan Aslanovun oğlunun qətlində suçlanan Vüqar Əliyev 22 ildir həbsdədir. O, azadlığa çıxmaqdan ötrü bir daha məhkəməyə üz tutsa da, bugünlərdə yenə rədd cavabı alıb.
"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) deyir ki, onun və digər müstəqil jurnalistlərin həbsi ölkədə prezident və ətrafındakıların həqiqətə dözümsüzlüyünün göstəricisidir.
Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrində yerləşən "Şöhlətoğlu" ailəvi istirahət mərkəzinin rəhbəri Novruz Gülməmmədov uzun müddətdir əmlakını əlindən almaq istəyən məmurların basqısına məruz qaldığını deyir.
"Qaramaskalılar hücum edib məni zorakılıqla düşürdülər. Oradan aparıb, cibimə narkotik atıb şərlədilər".
E.Qəhrəmana Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham verilib.
Sakin məhkəmədən bəraət istəyib.
Hakim Rasim Sadıxov jurnalistlərin narazılığından sonra dustaqların saxlandığı yeri görməkdən ötrü sözügedən otağa baş çəkdiyini deyib.
"MedEra Hospital"ının gözətçisinə qarşı xuliqanlıqda, eləcə də xadiməyə baltayla xəsarət yetirməkdə suçlanan müğənni Ağadadaş Ağayevə şərti cəza verilib.
R.Səfərov məhkəməsində deyib ki, nə ev dustaqlığına buraxılmaqdan ötrü müraciət edib, nə də məhkəmədən gözləntisi var.
"Formula-1" yarışlarının təşkili zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatdan çox mənimsəmədə suçlanan keçmiş şöbə müdiri Çingiz Mehdiyevə prokuror 10 il həbs cəzası istəyib.
Davamı