- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Bu həftə ABŞ-da Donald Trampın yenidən prezident seçilməsinin Azərbaycanda insan haqlarının durumuna necə təsir edəcəyindən, COP29 iqlim konfransı öncəsi beynəlxalq təşkilatların həbsdə olanları azadlığa buraxmaq çağırışlarından danışırıq.
Nəsimi rayon Polis İdarəsinin baş müstəntiqi İlqar Həşimov dələduzluqda təqsirləndirilərək həbs edilib.
Ötən ay keçirilmiş parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Gürcüstan müxalifəti parlamentdə yerini tutmaqdan boyun qaçırır. Nəticələrlə razılaşmayan partiyalar onların ləğvini istəyir.
Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri - Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov tələb irəli sürmüşdü.
Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım icra başçısı təyin etdirmək adıyla dələduzluqda suçlanır.
Autizm sindromlu uşaqlarına əlillik dərəcəsi almaq istəyən ata-analar ciddi çətinliklərlə üzləşirlər. Dəfələrlə keçirilən ekspertizalar autizmli uşaqları da, onların valideynlərini də çox yorur.
"Burada mənə sual verirsiniz ki, "orada yarıçılpaq vəziyyətdə saxlanılan hərbçiləri görmüsünüz?" Bəli".
2023-cü ildə Azərbaycanda doğuşa görə ana ölümünün birdən-birə az qala iki dəfə artdığı bildirilir.
"Geniş maliyyə imkanı olanı müdafiə edib...".
Gürcüstanda şok seçki sonuclarının ardınca bütün gözlər Qərbə yönəlib. Çoxları ümid bəsləyir ki, ABŞ ilə Avropa seçkinin saxtalaşdırıldığına dair müxalifətin iddialarını dəstəkləyəcək.
Lənkəranın icra başçısı Taleh Qaraşova sui-qəsddə suçlanan Bəhruz Əsgərov özünü qismən təqsirli bilir.
Həbsdəki ictimai fəallardan Zəka Mirağayevə 7 il 6 ay həbs cəzası istənilib.
Bakıda sanki heç bitməyən təmir-abadlıq işləri beynəlxalq tədbirlər öncəsi daha da intensivləşir – yol kənarları hasarlanır, binalar ağardılır. Piyadalar istədikləri ünvana dolanbac yollarla gedib çıxmalı, həm də yolüstü tozlu havanı ciyərlərinə çəkməli olurlar...
Videogörüntü və mesajlar da bunu təsdiqləyir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Tehran Abdullayev deyir ki, ömründə narkotik görməsə də, narkotik ittihamıyla həbsdədir.
AzadlıqRadiosunun jurnalisti Coşua Kuçera seçkilərə qatılacaq bütün tərəflərin baxışlarına dayanaraq yazır ki, bu səsvermə ölkənin indən belə hansı yolu seçəcəyini müəyyənləşdirəcək.
Tərtərdə 7 il öncə hərbçilərə qarşı işgəncələr nəticəsində həyatını itirənlərdən Elçin Quliyevin ölümünə görə cəmi 10 min manat təzminat kəsilib. Nəsimi rayon Məhkəməsi E.Quliyevin anası Validə Əhmədovaya dəymiş mənəvi ziyanı elə hesablayıb.
Azərbaycanda bələdiyyələrin yaranmasından 25 il keçir. İlk dövrlərdə əksər kəndlərdə bələdiyyələr yaradıldı. Sonradan bəzi kiçik bələdiyyələri birləşdirdilər. Bu il də həmin proses davam edir.
"Ölüm kimi ağır cinayətdə ittiham olunmağın mənəvi tərəfi də var...".
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimyaçı alim Raya Nəcəfovanın həbsi tələb olunur.
Davamı